Soydaşımız "Samsun Kəməri"nə sahib oldu

image

Türkiyənin Samsun şəhərində K-1 Peşakar kikboksinq yarışında, Marneulidən olan gənc idmançı Roman Mehdiyev qalib olub.

24News.ge xəbər portalına müsahibə verən R. Mehdiyev qeyd edib ki, yarış "Samsun Kəməri" uğurunda keçirilib. Peşakar kikboksinq üzrə keçirilən yarışda Roman Mehdiyev 75kq çəki dərəcəsində 3-ildir ki, sözügedən kəməri qoruyub saxlayan Türkiyəli idmançı ilə üz-üzə gəlib. Yarışın elə ilk raundunun ikinci dəqiqəsində R. Mehdiyev rəqibini nakaut edib.

Gənc idmançı qeyd edib ki, bundan sonra "Samsun Kəməri"ni o, qoruyub özündə saxlamalıdır. Qeyd edək ki, Roman Mehdiyev Marneuli rayonunun Bəylər kəndindəndir. O, artıq bir neçə dəfə müxtəlif yarışların qalibi olub.

Soydas.az

Paylaş:

Xəbər lenti